BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəbədə son vəziyyət - FOTO

Koronavirusun sürətlə yayılması Səudiyyə Ərəbistanını vacib qərar verməyə məcbur etdi. Kəbə ziyarətləri yasaqlandı.

 

Pravda.az xəbər verir ki, Kəbə tamamilə boş qalıb. Səudiyyə Ərəbistanının SPA informasiya agentliyi həm bu barədə məlumat yayıb, həm də görüntülər paylaşıb. Videoda Kəbədə yalnız mühafizə və xidmət personalı gözə dəyir. Əməkdaşların dezinfeksiya və təmizlik işləri ilə məşğul olduğu nəzərə çarpır.

 

Səudiyyə Ərəbistanında koronavirusa ilk yoluxma halı üç gün əvvəl qeydə alınmışdı. Bəhreyndən gələn şəxsin virusa yoluxduğu üzə çıxmışdı. Həmin adam Bəhreynə İrandan gəlibmiş.

 

Bütün dünyada koronavirusa yoluxanların sayı 100 min nəfərə yaxınlaşır. Təxminən 3300 insan həyatını itirib. Bizimyol.info

Tarix: 5 Mart 2020, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin