BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçqınlara 59 milyon dollarlıq yardım ayrıldı

ABŞ Myanma və Banqladeşdəki Rohinca qaçqınlarına əlavə 59 milyon dollar humanitar yardım ayırıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

“Martın 3-də ABŞ Rohinca qaçqınlarına və onları Banqladeşdə qəbul edən cəmiyyətlərə, həmçinin daxildə köçürülmüş şəxslərə və Myanmada mənəvi təsir görmüş digər icmaların üzvlərinə 59 milyon dollardan çox əlavə humanitar yardım ayrıldığını elan etdi”, - sənəddə belə deyilir.


ABŞ Xarici İşlər Nazirliyi bildirir ki, bu vəsait 900 mindən çox insana kömək məqsədilə nəzərdə tutulub.APA

Tarix: 6 Mart 2020, 07:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin