BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Kəndlilər əkib-becərə, toyuq-cücə saxlaya bilərlər”

“Cəlilabadda seçicilərim kənd təsərrüfatı ilə məşğuldurlar. Həyətdə toyuq-cücə, qoyun, mal-heyvan saxlayırlar. Kənd əhalisi bu qayğılarla yaşayır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Seçicilərim deyirlər, vallah, indiki zamanda tənbəl olmayan insanın çörəyi var. Kim ki, əlini ağdan-qaraya vurmur, oturub ancaq deyinir, fəaliyyət göstərmir... Neçə sot torpaq sahələri var, əkib- becərə, toyuq-cücə saxlaya bilərlər. Cəlilabaddakı kənd camaatı deyir ki, mal-heyvan bəsləyərək, toyuq-cücə saxlayaraq dolanırlar” – E.Nəsirov qeyd edib.

Tarix: 6 Mart 2020, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin