BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cənnət”də manqal fəaliyyəti olmayacaq

Bakıda iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb.

 

ETSN-nin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Nazirliyin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər.

 

KİV nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyən edilib.

Tarix: 23 Noyabr 2019, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin