BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya Bankı Azərbaycana 100 milyon ayırdı

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayıracaq.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qurumun Direktorlar Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olunub.

 

Məlumata görə, kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir. Adıçəkilən layihə ilə bağlı fikirlərini bölüşən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib ki, bu, Azərbaycan üçün əhəmiyyətli layihədir və cəmiyyətin həssas təbəqələrini əhatə edir: “Bu layihə ən çox əmək bazarından kənarda qalanlara kömək etmək, yoxsulluğun azaldılması və daha əhatəli iqtisadi böyümənin təmin edilməsinə yardım göstərəcək”.

 

Açıqlamada deyilir ki, layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.

 

“Azərbaycan özünə məşğulluğun təşviqi ilə əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı maneələri aradan qaldırmaq əzmindədir”, - layihə üzrə rəhbərlərdən olan Maddalena Honorati deyib.

 

Onun sözlərinə görə, bu layihə özünə məşğulluq proqramını tamamlayır və bir sıra ölkələrdə sınaqdan keçirilib: "Gözlənilir ki, səmərəliliyini və təsirini genişləndirsin".Report

Tarix: 6 Mart 2020, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin