BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevdən ƏMR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyinat olub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib.

 

Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə Mərkəzi Elmi Kitabxanada çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri idi.

 

Xatrıladaq ki, martın 4-də tibb üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilib.Report

Tarix: 6 Mart 2020, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin