BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ödəniş etməyəcəklər” - Tələbələrə ŞAD XƏBƏR

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan qızlar bir aylıq kirayə ödənişindən azad olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ADU-nun Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat paylaşıb.

 

O qeyd edib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunurlar.

 

Tarix: 6 Mart 2020, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin