BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin irad bildirdiyi xəritə divardan götürüldü - VİDEO

Prezident İlham Əliyevin iradından sonra sözügedən xəritə dərhal əməkdaşlarımız tərəfindən sökülüb.

 

Bu sözləri Tovuzda Prezident İlham Əliyevin irad bildirdiyi xəritə ilə bağlı Kult.az-a açıqlama verən Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova deyib. O bildirib ki, xəritənin yenilənməsi üçün Mədəniyyət Nazirliyinə göndəriləcək.

 

G.Qasımova muzeydə nümayiş olunan digər tarixi xəritələrdə belə problem qeydə alınmadığını bildirib.

 

Qeyd edək ki, Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev nümayiş edilən xəritəyə elmi-tarixi baxımdan ciddi və haqlı iradı rezonans doğurub.

 

Tarix: 6 Mart 2020, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin