BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəqsanə: "Suallarınızı verin, həyat yoldaşıma ünvanlayım"

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov ilə videosunu paylaşıb.


Pravda.az xəbər verir ki, Rəqsanə İsmayılova ilə Türkiyəyə gedən Fazil Əmiraslanov həyat yoldaşı haqda bu sözləri deyib:


"İşimiz bitdi, indi buradan hava limanına gedirik, bu gözəl xanımla uşaqlarımızın yanına gedirik. Uşaqlara da yaxşı alış-veriş edib".


Rəqsanə İsmayılova isə "Bu dəfəki İstanbul səfərimiz də xoş xatirələrlə yadda qaldı. Bilirəm verilişimin tezliklə yayımlanmasını istəyirsiniz. İnanın ki, sizdən çox mən də istəyirəm. Artıq altıncı məşhur qonağımızı da çəkdik. Bəlkə növbəti qonağım həyat yoldaşım Fazil bəy olsun? Siz Fazil bəyə suallarınızı verin, mən də həmin sualları həyat yoldaşıma ünvanlayım", - deyə vurğulayıb.


Qeyd edək ki, Rəqsanə İsmayılovanın Fazil Əmiraslanov ilə nikahından əkiz övladları var.

Tarix: 4 İyun 2022, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin