BURADA REKLAMINIZ OLA
BİLƏR

AzTV-də kadr TƏYİNATI

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

 

Pravda.az xəbər verir ki, bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıb.

 

Əmrə əsasən, Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

 

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb. O daha əvvəl uzun müddət "Lider" televiziyasında müxtəlif vəzifələrdə işləyib.Report

Tarix: 6 Mart 2020, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin