BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxan xəstə sağaldı

Moskvada koronavirusa yoluxan xəstə sağalıb, tezliklə xəstəxanadan buraxılacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib.

 

“Yaxşı məlumatımız var. Koronavirusa yoluxan xəstə sağalıb. Artıq onda yeni virusun heç bir əlaməti olmadığı təsdiqlənib. Yaxın günlərdə sərbəst buraxılacaq”, - A.Rakova bildirib.

 

Qeyd edək ki, martın 6-da koronavirusun qarşısının alınması və nəzarəti üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada son bir gün ərzində 6 yoluxma qeydə alınıb - Nijni Novqorodda 1, Moskvada 5 hal.

 

Onların son iki həftə ərzində İtaliyaya səfər etdikləri bildirilib.APA

Tarix: 6 Mart 2020, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin