BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün Rafiq Tağının anım günüdür

Noyabrın 23-də yazıçı, jurnalist, həkim Rafiq Tağının ölümündən 8 il ötür.

 

Pravda.az xəbər verir ki, R. Tağını  2011-ci il noyabrın 19-da naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıblar. Bundan bir neçə gün sonra, R. Tağı xəstəxanada qəfildən vəfat edib. Ölümündən az əvvəl o, bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə əlaqələndirmişdi.

 

İranın Bakıdakı səfirliyi isə bu iddianı inkar etmişdi.

 

Azərbaycan hüquq-mühafizə orqanlarının bu cinayət işi ilə bağlı istintaqı, hələ ki, davam edir.

 

Rafiq Tağı “Sənət” qəzetində dərc edilən “Avropa və biz” publisistik yazısına görə 2006-cı ildə həbs edilərək, 3 il azadlıqdan məhrum edilib. R.Tağı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi və dini ədavətin qızışdırılması) maddəsi ilə təqsirli bilinib. Yazıçı 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı.

 

2011-ci il noyabrın 10-da R.Tağının "İran və qloballaşmanın qaçılmazlığı" adlı məqaləsi çap olunmuşdu. Elə həmin ilin noyabr ayının 19-da isə o, bıçaqlanmışdı.

Tarix: 23 Noyabr 2019, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin