BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlunun qızı xəsarət almayıb - DİN

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi iqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bayramovanın döyülməsi barədə müraciətinə cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, məktubda deyilir:

 

Hörmətli Qubad İbadoğlu!

 

Qızınız Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara dairə seçki komissiyasının 16 saylı seçki məntəqəsində seçici Kərimova Azadə Mürvət qızı tərəfindən döyülməsi barədə müraciətinizə baxılıb. Bildiririk ki, Jalə Bayramovanın Lənkəran şəhər, rayon polis şöbəsinə ünvanladığı 09.02.2020-ci il tarixli eyni məzmunlu şikayəti üzrə tərəflərin və hadisə şahidlərinin izahatları alınıb, şikayətçinin təqdim etdiyi və sosial şəbəkələrdə yerləşdirilən videogörüntülərə baxış keçirilərək protokollaşdırılıb, eləcə də məhkəmə tibbi ekspertizası təyin edilib. Lənkəran Rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Zona Mərkəzinin 10.02.2020-ci il tarixli rəyinə əsasən J.Bayramovanın bədəni üzərində hər hansı xəsarət aşkar olunmayıb. J.Bayramova ekspertiza rəyi ilə razılaşmadığı üçün 15.02.2020-ci il tarixdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Elmi-Təcrübi və Tədris birliyində əlavə ekspertiza təyin edilib. Hazırda davam edən prossesual araşdırmanın nəticələri üzrə vətəndaş Jalə Bayramova qanunla müəyyən edilmiş qaydada məlumatlanıdırılacaq”.

 

Qubad İbadoğlu isə bu cavabla razılaşmır. Q.İbadoğlunun sözlərinə görə, məktubla tanışlıq göstərir ki, aparılan təhqiqat işi bir məqsədə hədəflənib, sübut etməyə çalışırlar ki, xəsarət yoxdur, tibbi ekspertizalar da ona xidmət edib: “Xəsarət yoxdur o deməkdir ki, nə zərərçəkən var, nə də xəsarət yetirən, nə də ki onu təşkil edənlər”.

Fotoları təqdim edirik
Tarix: 7 Mart 2020, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin