BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Qaralovun şirkəti yenidən məhkəməyə verildi

"Kartaş LTD" MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


Belə ki, "Kartaş LTD" alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

 

Kamal Məmmədov 

Tarix: 9 İyun 2022, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin