BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda türk iş adamlarının şirkəti iki MMC-ni məhkəməyə verdi

“Türk Yapi Sənaye" MMC "Azəryol Qrup" və "Naum Construction" şirkətləri ilə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


Belə ki, “Türk Yapi Sənaye" MMC hər iki şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddialar hakimlər Zeynəb Axundova ilə Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmələrin hazırlıq iclaslarının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: “Türk Yapı Sənaye” MMC-nin əsası 2006-cı ildə türk iş adamları tərəfindən qoyulub. Şirkət gips və gips əsaslı inşaat materiallarının istehsalı üzrə ixtisaslaşıb.

 

Kamal Məmmədov 


Tarix: 9 İyun 2022, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin