“Gənclərin icra başçısı postuna təyinatı müsbət tendensiyadır. İcra başçısı postuna təyin olunan gənclərin kimlərinsə təsiri altında olmaması çox vacib şərtlərdəndir. Yeni təyin olunan gənclərin tərcümeyi halları ilə tanış olanda məlum oldu ki, bu şəxslər daha çox ictimai sektorda təmsil olunublar. Ümid edək ki, yeni təyinatlar uğurlu olacaq”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, yaxın 1 il ərzində bu gün təyin olunan başçıların fəaliyyətini qiymətləndirmək daha asan olacaq: “Gənc kadrlar yerlərdə köhnədən qalma komanda üzvləri ilə çox da uzağa gedə bilməzlər. Təsəvvür edin ki, Neftçalanın keçmiş icra başçısı rayonda elə sistem qurmuşdu ki, əksər vəzifəli şəxslər rüşvət alıb-verməklə məşğul olublar. Yeni icra başçısı bu cür idarəçilik sisteminə alışmış kadrlarla necə işləyə bilər? Bu adamlar artıq o cür işləməyə alışıblar. İcra başçısı həbs olunsa da, onun orada komandası qalıb. O kadrları dəyişmək lazımdır. Başqa cür işləmək mümkün olmayacaq”.
Əkrəm Həsənov deyir ki, kadr probleminin həlli də yeni təyin olunan başçıların bilik və bacarıqlarından olduqca asılı məsələdir: “Vaxtilə bank sistemində rəhbər vəzifələrdə çalışarkən kadr problemi ilə üzləşmişdim. Tələbə yoldaşlarımı işə götürdüm. Savadlı tələbə yoldaşlarımı vəzifələrə təyin etmişəm. Sən demə, oxumaqla deyilmiş. İşçi olmaq, işi yarıtmaq, tapşırılan vəzifəni layiqincə, qanunlara uyğun şəkildə yerinə yetirmək daha yüksək keyfiyyətlər tələb edir. Dost, tələbə yoldaşı kimi olduqca yaxşı insanlar işçi kimi özlərini təsdiq edə bilmirlər. İşi savaddan istifadə etməklə bacarmaq hər kəsin qabiliyyəti deyil. Bu baxımdan yeni kadrların özlərinə effektiv iş qabiliyyətləri olan komanda formalaşdırmaları vacibdir. İşin 50 faizi odur ki, yeni kadrlar rüşvət və korrupsiyadan uzaq olacaqlar. Bu, işgüzar münasibətlər üçün münbit platformadır. Korrupsiyaya bulaşmamış kadrın qanuni iş tələb etməsi, qanunların tələb etdiyi qaydada münasibətlərin qurulmasına çalışması mümkündür”.
Əkrəm Həsənov yüksək etmad göstərilən gənc icra başçlarına yüksək məbləğlərdə məvacib verilməsinin olduqca vacib şərt olduğunu deyir: “İcra başçılarına yüksək məbləğlərdə məvacib verilməlidir. Rayonun əhali sayından, iş həcmindən asılı olaraq icra başçılarına 20-25 min manat məvacib verilməlidir. Bu məvacibin qarşılığında icra başçılarından effektiv iş tələb etmək olar. Başqa cür rayonlarda vəziyyəti dəyişmək, effektiv idarəçiliyə nail olmaq qeyri-mümkündür. 2-3 min maaş alan icra başçısının rüşvətə, korrupsiyaya bulaşmaması inandırıcı görünmür. Dövlət məmurlarının əmək haqqı elə olmalıdır ki, onun gözü rayondakı müəllimlərin, həkimlərin əlində olmasın. İş adamlarına münasibətdə qanunsuzluqlara yol verməsin. Gənc kadrların rüşvət və korrupsiyadan uzaq olması üçün onlara yüksək məvacib ödənməsi təmin ediləcəksə, başçı aparatında çalışanlar yaxşı əmək haqqı alacaqlarsa, rayonlardakı problemlər də tədricən aradan qalxacaq. Ümumilikdə gənclərə etimad göstərilərək yüksək vəzifələrə təyin olunmaları müsbət tendensiyadır”.
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
Ən son xəbərləri səhifəmizdən də izləyin