BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsləri - Ruhin Əsgərovla Farid Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

 

Qeyd: Həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər.

 

İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.

 

Xatırladaq ki, bu iş üzrə başqa iki nəfər - Çingiz Bağırov və Eynur Xudiyev də təqsirli bilinib və onların cinayət işi ayrıca icraata ayrılıb, hökm çıxarılıb.

 

Zərərçəkmişlər arasında millinin və “Qarabağ”ın sabiq futbolçusu, hazırda "Səbail" klubunun kapitanı olan Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

 

R.Əmirquliyev R.Əsgərov və E.Məhərrəmovun cinayət işində zərərçəkmiş kimi tanınır.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məhhəromov 14 il, R.Əsgərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş F.Rəhimova şərti cəza verilib.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2022, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin