“Kimsə cinayət əməli törədirsə, onun təqsiri qanuni qaydada sübuta yetirilirsə, təbii ki, cəzasını alır. Kimlərinsə cəzalandırılması bir kampaniya deyil. Ortada qanun var, cinayətkarlıqla, korrupsiya ilə mübarizədə ölkə rəhbərinin qətiyyəti, iradəsi var və hüquqi mexanizmlər də işləyir. Bu mənada mən “böyüklər deyil, kiçik ranqlı məmurlar tutulur” kimi ifadələri populizm və hüquqi səbatsızlıq hesab edirəm. Bilirsiniz ki, bu ölkədə qanunsuz əməlləri sübut olunmuş kifayət qədər iri ranqlı məmur, nazir və nazir müavinləri cəzalandırılıb, tənbeh edilib. Yaxud intizam məsuliyyətinə cəlb edilib. Bundan sonra da kim ki, yolunu azacaq, qanunlara əməl etməyəcək, cənab İlham Əliyevin müəyyən etdiyi tələbləri pozacaqsa, təbii ki, məsuliyyətini də daşıyacaq. İndi bu gün bu mövzuda hakimiyyəti tənqid edən dairələr öz hakimiyyətləri dövrünə baxsınlar, hüquq və qanun necə ayaq altında idi, cəzasızlıq, özbaşınalıq mühiti necə hökm sürürdü, hər kəsə bəllidir. Yəni əllərində səlahiyyət olanda hüquq sistemini bazara çevirənlər bu gün cinayət mühakimə icraatından, korrupsiya ilə mübarizədən danışmamalıdırlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, Azərbaycan cinayət qanunvericiliyinin prinsiplərinə əsasən, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və heç bir meyardan, o cümlədən qulluq mövqeyindən, əmlak vəziyyətindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar: “Eyni zamanda yalnız təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yəni şəxs barədə hüquqi tədbir görülürsə, onun vəzifəli şəxs olub-olmaması önəm daşımır. Hamı qanun qarşısında bərabərdir. Bizim cinayət-prosessual qanunvericiliyimiz şəxsin törətdiyi əməlin cinayət olub-olmadığını, təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını müəyyən etmək üçün kifayət qədər aydın hüquqi prosedurlar müəyyən edir”.
B.Məhərrəmov Səlim Müslümovun keçmiş nazir olduğu üçün həbsdən azad edilməsinə dair iddialara isə belə cavab verib: “Bu yanaşma da çox yersiz manipuliyasiyadır. Bunu deyənlər “həbs” anlayışının mahiyyətini başa düşmürlər. Həbs cəza deyil, cəzadan öncə, yəni cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə seçilən qətimkan tədbiridir. Ümumiyyətlə, qətimkan tədbirinin 10 növü var. Bu prosessual məcburiyyət tədbirləri ona görə seçilir ki, təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənə bilməsin. Cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişatına mane ola və yenidən cinayət törədərək cəmiyyət üçün təhlükə yarada bilməsin. Yaxud da cinayət prosesini həyata keçirən orqanın çağırışlarından, cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçıra bilməsin. Səlim Müslümov haqqında da öncə qətimkan tədbiri kimi həbs seçilmişdi. Məhkəmə qaydasında digər qətimkan tədbiri olan ev dustaqlığı ilə əvəz olunub. Həbs azadlıqdan məhrumetmə növündə cəza ilə eyniləşdirilməməlidir. Həbs cəza deyil, cəza istintaq başa çatdıqdan sonra törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq təyin ediləcək”.
Aytəkin Qardaşova
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin