BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təyyarə biletlərinin qiymətlərin yüksək olması məqsədəuyğun deyil” - Ekspert

“AZAL illərdir ki, ölkə rəhbərliyinin çıxışlarından, dövlət siyasəti, turizmin inkişafı, qeyri-neft sektorunun inkişafı deyilən siyasətdən sanki kənarda qalıb və heç bir şeydən xəbəri yoxdur. Torpaqlarımızı da azad etmişik, amma hələki Naxçıvana quru yolumuz yoxdur. Daha doğrusu var, amma bunun üçün dolayısı yolla İran ərazisindən keçə bilərik, yaxud da Gürcüstandan Türkiyəyə, oradan da yenidən İrana və Naxçıvana daxil ola bilərik. Bu da çətinlik yaradır, yəni birbaşa quru yolunun olmaması məcburiyyəti qarşısında hava nəqliyyatı alternativ və optimal vasitədir. Belə olduğu halda da indiki vəziyyətdə qiymətlərin daha da bahalaşması düzgün deyil. Bu yalnız Naxçıvana deyil, beynəlxalq aviareyslərə də aiddir”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

 

F.İbrahimov qeyd edib ki, qiymətlərin belə yüksək olması məqsədəuyğun deyil: “İndiki dövrdə nəyinsə qiymətinin kəskin artdığını müşahidə etmirik. Yəni son dönəm yanacağın qiyməti də artmayıb. Ümumiyyətlə, biletlərin qiymətlərinin mövsümi artması süni defesitin nəticəsidir. Əslində qiymətlər aşağı salmalıdır ki, gediş-gəliş rahatlaşsın, ölkəyə gələn turist sayı artsın. Bir qrup bundan mənfəət götürmək istəyir. Ölkənin ümumi makroiqtisadiyyatı isə qalıb kənarda. Bununla bağlı bir bəla da odur ki, investisiya fondu da yaradılmışdı. Cənab Prezidentin çıxışında da xüsusilə vurğulanmışdı ki, bu investisiya holdinqi dövlət şirkətlərinin səmərəli, rəqabətyönümlü işləməsinə eyni zamanda da büdcəmizə yük olmasın və bu problemlər aradan qaldırılsın deyə yaradılıb. Ancaq biz bundan sonra hansısa dəyişikliyi gördük? Xeyr... Yenə də xidmətlər baha, əlçatmazdır, sağlam rəqabət isə yoxdur”.

 

Leyla

Tarix: 9 İyun 2022, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin