BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qürur duyuruq” - “Bakı Xəbər”dən qəzetə bürünən modellə bağlı AÇIQLAMA

“Bakı Xəbər” qəzetinin baş redaktorunun müavini Samirə Səfərova Əsma Nur adlı modelin həmin qəzetə bürünərək şəkil çəkdirməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, S.Səfərova deyib ki, qəzetin könüllü reklamına, görünür, bir xanım oxucu belə qoşulmaq istəyib.

 

“Srağagün Əsma Nur xanımın İnstaqram səhifısində bu reklam verilmişdi. Bu gün “Facebook”da “Manat” səhifəsi verib. Bizim “Bakı Xəbər” media qrupunun izləyiciləri arasında ən müxtəlif əhali kateqoriyalarının təmsilçiləri olduğunu bilirik və bununla qürur duyuruq. “Bakı Xəbər” hər kateqoriyadan olan insanların zövqünü oxşamaq potensialına malikdir. Sıradan insanların da, alimin də, ziyalının da, məmurun da, biznes adamlarının da, ilahi bəxşi olan özünün bəzi görkəm cizgilərini insanlara göstərməkdən zövq alanların da tələbatını ödəmək gücünə malikdir “Bakı Xəbər”. Biz qürur duyur və könüllü reklamımıza öz bacarıqları sayəsində bu cür kreativ töhfə vermək istəyən xanım izləyicimizə təşəkkür edirik” – S.Səfərova qeyd edib.

 

Qəzetin baş redaktoru Aydın Quliyev də Pravda.az-a açıqlamasında deyib ki, S.Səfərovanın mövqeyini bölüşür.

 

A.Quliyev qeyd edib ki, qəzetdə həmin modelin əleyhinə hər hansı yazı dərc edilməyib.

Fotoları təqdim edirik
Tarix: 7 Mart 2020, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin