BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bankın yazdığı cərimə protokolu ilə bağlı qərar çıxarıldı

Nizami Rayon Məhkəməsində “Şərq Kimya Şirkəti-Bakı” MMC-nin  barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

 

Qeyd: “Şərq Kimya Şirkəti-Bakı” MMC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Tarix: 10 İyun 2022, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin