BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Zeynalov təqaüdə göndərilib? – RƏSMİ AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

R.Tağıyev Pravda.az-a açıqlamasında bildirib ki, məlumatlar həqiqəti əks etdirmir.

 

“Cənab general işinin başındadır, xidmətini davam etdirir” – o qeyd edib.

 

Xatırlatma: Mayın 26-da R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

 

Aytəkin Qardaşova

Tarix: 10 İyun 2022, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin