BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazar günü hava necə olacaq? - PROQNOZ

Sabah - martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

ETSN-dən Pravda.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq.

 

Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

 

Atmosfer  təzyiqi  normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 4-9° isti, gündüz 15-20°  isti, dağlarda gecə 1-5° isti, gündüz  10-15°  isti  olacaq.

Tarix: 7 Mart 2020, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin