BURADA REKLAMINIZ OLA
BİLƏR

Sexdə 2 nəfəri bıçaqlayan şəxs əvvəl bəraət aldı, sonra həbs edildi

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsində olan bəraət hökmündən verilən apellyasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosedə qərar elan olunub.

 

Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclası zalından həbs edilib.

 

İttiham aktına qeyd edilib ki, Qorxmaz Salayev qohumu Məhəmmədov Fariz Qasım oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında Mustafayev Ülvi Nüsrət oğlu və Xəlilzadə Ceyhun Əşrəf oğlu ilə mübahisə  edib. Bu zaman o, silah qismində istifadə etdiyi bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib. Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 10 İyun 2022, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin