BURADA REKLAMINIZ OLA
BİLƏR

Afaq Bəşirqızı: “Ermənilərlə dost olsaq, çomağımız həmişə əlimizdə olmalıdır”

“Tarixən nənələrimiz, babalarımız ermənilərin vəhşiliyindən danışanda onu da deyirdilər ki, oğullarımız ermənilərin qızlarını alıblar, yəni onların yarı azərbaycanlı, yarı erməni uşaqları da olurdu. Erməniləri də Allah yaradıb, onlar da insandırlar. Bizim onları, siləcək nə gücümüz, nə də ixtiyarımız var. Amma indiki vəziyyətdə ermənilərlə dostluq əlaqələri qurmaq, gəliş-gediş etmək siyasi məqamlardır. Yəni siyasət baxımından məsələyə yanaşanda, bu, bəlkə də mümkündür, amma ürəkdən dost kimi qəbul etmək qeyri-mümkündür. Məsələn, mən, Afaq Bəşirqızı öz adımdan deyirəm ki, mümkün deyil, onlarla heç vaxt barışmaram və çalışaram ki, münasibətim olmasın. Əgər necəsə buna məcbur qalsam belə, üzümdən, baxışlarımdan bilinəcək ki, onların yanında güclə oturmuşam, nifrətim sonsuzdur. Ona görə də ən yaxşısı ermənilərlə üz-üzə gəlməməkdir. Şəhidlərimi çox yüksək qiymətləndirən insanam”

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı deyib.

 

Xalq artisti qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma siyasətə lazımdırsa, bu hal mümkün ola bilər: “Siyasi baxımdan biz bunu qəbul edə bilərik, amma ürəyimiz qəbul etməyəcək. Bir atalar sözümüz var: “qurdla dost olana çomağı yanında gərək”. İndiyə qədər hansı atalar sözümüz yalan çıxıb ki?... Yenidən ermənilərlə dost olsaq, çomağımız həmişə əlimizdə olmalıdır. Bunu 1905, 1918, 1990-cı illər də təsdiq edib”.

 

Leyla Yusubova

Tarix: 10 İyun 2022, 16:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin