BURADA REKLAMINIZ OLA
BİLƏR

BMU: İlanlar universitet ərazisində "at oynatmır"

“İlanların Bakı Mühəndislik Universitetinin həyətində olması faktı bir az şişirdilmiş məsələdir. Sürünənlər universitet ərazisində "at oynatmır". Sadəcə, universitetin həyətyanı sahəsində 1-2 ilan görünüb və bu məsələ artıq nəzarətə götürülüb, dərmanlama işləri aparılıb. Ümumiyyətlə isə ilanlar tədris korpusundan aralıda, boş həyətyanı bir ərazidə olublar.”

 

Bunu Pravda.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayev universitet ərazisində görünən ilanlarla bağlı məsələyə aydınlıq gətirərkən deyib.

 

E.Babayev qeyd edib ki, məsələ ilə bağlı Epidemiologiya və Sanitariya İdarəsi ilə əlaqə saxlanılıb və ərazidə təkrar dərmanlama prosesi həyata keçiriləcək.

 

Leyla Yusubova

 

Возможно, это изображение змея

Возможно, это изображение змея и на открытом воздухе

Tarix: 10 İyun 2022, 18:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin