BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları geri qaytardı

“Xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsi üçün pultoplama kampaniyası keçirilən Aytən İsmayılova bu gün xəbər vermişdi ki, toplanan pulların böyük qisminin keçmiş əri Kamran İsmayılzadə mənimsəyib”.

 

Pravda.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev məlumat verib.

 

“Çox pis oldum. Axı insanlar mənə inanıb, paylaşdığım statusa görə Aytənin kartına çoxlu pul köçürmüşdülər. Özümü aldadılmış, istifadə olunmuş hiss etdim.Yer tapa bilmirdim özümə. Dərhal Kamranın mənə yığdığı nömrəyə zəng etdim, lakin danışa bilmədim - telefonu üzümə qapadırdılar. Az sonra Kamran özü mənə zəng edib, məsələni izah etdi. Problem bu ayrılmış cütlüyün uşaqlarının alət kimi istifadə olunmasındaymış. Demə, Kamrana uşaqlarla görüşmək imkanını əngəlləmişdilər. O da belə qənaətə gəlib ki, toplanan vəsaiti Yaşat Fonduna köçürsün. Danışıb, Kamranı yola gətirdim. Pulları yenidən Aytənin kartına yüklədi”.

 

Kənan

 

 

 

 

 

Tarix: 10 İyun 2022, 23:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin