BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Badamov: “Bu diqqət və qayğı şəhid ailələrinə, qazilərə xüsusi ruh verir, sevinc bəxş edir”

"İyunun 10-12-də keçirilən “Formula 1” yarışlarına Vətən Müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz də dəvət olunublar. Bunu yüksək və təqdirəlayiq hal kimi dəyərləndiririk. Şəhid ailələri, qazilər hər bir diqqət və qayğıya layiqdirlər. Dövlət bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində addımar atır. Müəyyən dövlət proqramları həyata keçirilir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputatın sözlərinə görə, ölkədə keçirilən ictimai-kütləvi tədbirlərə, beynəlxalq yarışlara həmin kateqoriyadan olan insanlar da dəvət olunur, onların iştirakı təmin edilir: "Bu diqqət və qayğı şəhid ailələrinə, qazilərə xüsusi ruh verir, sevinc bəxş edir. Həmişə belə olacaq. Dövlətimiz bundan sonra da onlara xüsusi diqqət və həssaslıqla yanaşacaq".

 

Aytəkin Qardaşova


Tarix: 11 İyun 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin