“Xalqımızın layiq olduğundan 4 dəfə aşağı səviyyədə yaşaması ilə bağlı müsahibəm müzakirələrə səbəb olub. Əksəriyyət mənimlə həmrəylik nümayiş etdirib, amma tənqid edənlər də olub. Sosial şəbəkələrdə fikirlərimin təhrif edilməsi aqressiv rəylərə yol açıb. Deyirlər ki, Tahir Kərimli haradan bilir ki, yaşayış səviyyəsi 4 dəfə aşağıdır? Yazını tam oxusaydılar, əsaslandırmamı görərdilər. Doğrudur, bilərəkdən də aqressiv mövqe sərgiləyənlər var. Təəssüf edirəm, təhqir edirlər, söyüş söyürlər… İqtidardan daha çox müxalifyönlü şəxslər nöqsan axtarırlar. Normal çıxış edirsən, deyirlər, yəqin, danışmağa bu həddə qədər icazə verilib, haradansa idarə olunur… Görəsən, hansı sözü deməliyik ki, “öyrədilməyib” desinlər. Heç vaxt idarə olunmamışam, sifarişlə söz deməmişəm. Mənim üçün qırmızı hədd var, o da dövlətçilikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda zəfər çalmışıq, buna necə pis demək olar?! Bu həddi keçmirəmsə, o deməkdir ki, başqa mövzularda da kimlərdənsə icazə alıram? Mən dövlətimizin inkişafı üçün çıxış edirəm, bunu başa düşmək lazımdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“Parlamentə seçkilərin keçirilməsinə 3 ilə yaxın vaxt qalıb, deyirlər, çıxışlarımı seçkilərə hesablayıram, absurd yanaşmadır. Heç bilmirəm, sağ qalacammı, seçkidə iştirakla bağlı qərar verəcəmmi?.. Məni dəstəkləyənlər nə üçün təhqir yazanlara cavab vermirlər? Doğrusu, fikirləşirəm, xalqım, görəsən, əvvəldənmi belə olub, indi üzə çıxır? Yoxsa müstəqillik dövründə oldu… Vallah, əvvəllər belə olmayıb. Bloqer Hüseyninin ayağından, Damlanın əlindən öpənlərin, sırğa taxıb, bədənini yazdırıb gəzən kişilərin, qeyri-etik davranış nümayiş etdirən qadınların çoxluğu… Əvvəllər belə şeylər yox idi. Peşman olmaq istəyirsən ki, bundan ötrü həyatını məhv etdin, vəzifəni qurban verdin, 22 il işsiz qaldın, təqib altında yaşadın? Ailəm, yaxınlarım indiyədək əzab çəkir… Amma sonra fikirləşirsən ki, xalqımız safdır, təmizdir, çoxunun bu yazılardan xəbəri yoxdur. Bu vətən bizimdir, təmənnasız xidmət etməliyik, pislər varsa, islah olunmalıdır. Deyirlər, Tahir Kərimli saxtakarlıqla seçilib, ən ideal seçkidə belə, seçilməyəcəkdim? Tahir Kərimlinin ən böyük arzusu odur ki, seçkilər şəffaf keçirilsin, belə sözlər də deyilməsin. Tək adamam, heç kəsin qarşısında öhdəliyim yoxdur. Adamı vaxtilə Eldar Namazovun və digərlərinin vasitəsilə 10 il parlamentdə oturan, legitimlik verən AXCP üzvləri, müsavatçılar tənqid edirlər. “Əbülfəzi Elçibəyi sən yıxdın, indikilərin qarşısında sındın” deyirlər. İndiki hakimiyyət pis idisə, o zaman Əbülfəz bəy niyə gətirirdi? Onu mən yıxmamışam, deyirdim, yıxılma, hakimiyyəti qorumaq, işləmək lazımdır. Əbülfəz bəyin ətrafındakılarının da günahını üstümə atırlar. Adam heç danışmaq istəmir, nə deyəsən… Ürək dözmür, vətəni daha yaxşı görmək istəyirsən… Dürüst yol tuta bilsək, daha çox uğur qazanarıq” – T.Kərimli qeyd edib.
Kənan
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
Ən son xəbərləri səhifəmizdən də izləyin