Sumqayıt Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Sultanlı Nicat Məmi oğlun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə bu il martın 21-də saat 20 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 14,8-ci kilometrliyində qeydə alınıb.
Belə ki, həmin gün Nicat Sultanlı “Khazar LX” markalı avtomobillə sürücülük vəsiqəsi olmadan Bakı istiqamətində hərəkətdə olub. Bu zaman piyada keçidində işıqforun icazə siqnalı yandırılıb. Nicat Sultanlı idarə etdiyi avtomobillə piyada keçidi ilə yolun solundan sağına keçmək istəyən Rəna Quliyevanı vurub. Ağır bədən xəsarətləri alan qadın xətəxanaya yerləşdirilib və daha sonra orada ölüb.
Məhkəmədə Nicat Sultanlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, piyada keçidində yolu keçmək istəyən qadını vurub: “Piyada zolağına 6-10 metr məsafə qalanda qadını gördüm. Daha öncə onun piyada zolağı ilə yolu keçdiyini görməmişdim. Hadisədən dərhal sonra avtomobili saxladım və oraya toplaşan adamlarla köməkləşib vurduğum qadını yoldan keçən bir avtomobilə yerləşdirib xəstəxanaya apardıq”.
Bundan başqa, Nicat Sultanlı qeyd edib ki, 2020-ci il 27 sentyabr tarixində başlanılan 44 günlük Vətən müharibəsində iştirak edib və Zəngilan rayonunda minaya düşərək ayağının birini itirib. Həmçinin o, 44 günlük Vətən müharibəsinə könüllü getdiyini, hərbi xidmətdə olduğu dövrdə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə də iştirak etdiyini, ayağını itirdiyinə görə mütəmadi olaraq dərmanlar, ağrıkəsicilər qəbul etdiyini söyləyib.
Bildirib ki, hadisə olan gün dərmanlar üzərində olmadığı üçün tez bir zamanda Bakıya çatıb onları qəbul etmək üçün maşını sürətlə sürüb.
O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, lakin barışıq əldə edə bilmədiyini deyib.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi də dindirilib. Qeyd edib ki, zərərçəkmiş şəxs onun arvadıdır, birgə nigahdan 3 övladları var: “2022-ci ilin mart ayının 21-i saat 19:45 radələrində təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı avtomobillə yolu keçən piyada - arvadım Rənanı vurdu. Həmin vaxtı mən də azyaşlı oğlumun əlindən tutub Rəna ilə birlikdə piyada zolağı ilə yolu keçirdim. Rəna qabaqda getdiyinə görə avtomobil yalnız onu vurdu. Hadisədən sonra yolla hərəkət edən taksini saxladıb arvadımı həmin maşına yerləşdirib xəstəxanaya apardıq. Əmim oğluna zəng edib hadisə barədə məlumat verdim. Lakin təqsirləndirilən şəxs mənimlə xəstəxanaya gəlmədi. Biz xəstəxanaya çatdıqdan sonra təqsirləndirilən Nicat da ora gəldi. Daha sonra polislər gəlib onu apardı”.
Qeyd: 1997-ci il təvəllüdlü Nicat Sultanlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Kamal Məmmədov
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
Ən son xəbərləri səhifəmizdən də izləyin