BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdaşda toydan sonra bıçaqlanma

Ağdaşda Vətən müharibəsi iştirakçısı həmyerlisini bıçaqlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 12-də rayonun Malay kəndi ərazisində qeydə alınıb.


Belə ki, kənd sakini, 22 yaşlı Səbuhi Abdullayev toydan sonra sərxoş vəziyyətdə həmyerlisi, 1993-cü il təvəllüdlü Alim Alacanova bıçaq xəsarəti yetirib.


Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.


Hadisəni törətməkdə şübhəli bilinən S.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.


Kamal Məmmədov

Tarix: 13 İyun 2022, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin