BURADA REKLAMINIZ OLA
BİLƏR

"Akkord" yenidən məhkəməyə verildi

"Universal PRO" ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Universal PRO" alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC daha əvvəl bir neçə şirkət tərəfindən məhkəməyə verilmişdi. Hazırda 2 milyondan çox vergi borcu var.

Tarix: 13 İyun 2022, 20:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin