BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov idmançıya vəzifə verdi - FOTO

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.

 

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludur.

 

V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.Report

Fotoları təqdim edirik
Tarix: 7 Mart 2020, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin