BURADA REKLAMINIZ OLA
BİLƏR

“Akkord” bu dəfə icarə müqaviləsinə görə məhkəməyə verildi

"Azlift PRO" QSC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə QSC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Azlift PRO" icarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC daha əvvəl bir neçə şirkət tərəfindən məhkəməyə verilmişdi. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

 

Kamal Məmmədov

Tarix: 14 İyun 2022, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin