BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Administrasiyasının fəaliyyəti məhdudlaşdırıldı

Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə administrasiya məlumat yayıb.

 

Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

 

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

 

Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

 

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib.Report

Tarix: 7 Mart 2020, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin