BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bir sıra qəbiristanlıqlarda həmin ərazi üzrə qeydiyyatda olan insanların dəfn olunması yer sahəsinin məhdudluğu ilə əlaqədardır”

“Düşünürəm ki, şəhərin bir sıra qəbiristanlıqlarında yalnız həmin ərazi üzrə qeydiyyatda olan insanların dəfn olunması yer sahəsinin məhdud olması ilə əlaqədardır. Ümumiyyətlə, bununla bağlı bir sıra rayonlarda problemlər müşahidə olunur. Bəzi qəbiristanlıqlarda başqa ərazilərdə qeydiyyatda olan insanların da dəfn olunması çətinliklər yaradır. Düşünürəm ki, hər hansı bir qəbiristanlıqda yalnız həmin əraziyə aid insanların dəfn olunması çıxış yolu deyil və bu problemi necə həll edə biləcəyimiz haqqında əlavə bir yol fikirləşməliyik”.

 

Bunu Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

 

 

 

C.Məmmədov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətində bu məsələlərə nəzarət edən müvafiq idarə var, onlar problem barədə düşünüb, uyğun qərarlar qəbul etməlidirlər: “Bu isə ya yeni qəbiristanlığın yaradılması yaxud da geniş və boşluq olan qəbirstanlıqlara vətəndaşların yönləndirilməsi ilə bağlı ola bilər. Əks halda bununla bağlı müəyyən problemləri yaşaya bilərik və əlbəttə, vətəndaşlarımız da bu məsələdən narazı qala bilər. Bakı şəhərində əhali sıx məskunlaşıb. Məhdudiyyətlər çıxış yolu deyil. Mütləq çıxış yolları barəsində düşünməliyik. Buna uyğun müvafiq qərarlar qəbul olunmalı, addımlar atılmalıdır ki, bu problemin öhdəsindən gələ bilək. Əks təqdirdə ciddi narazılıqlar müşahidə olunacaq”.

 

Leyla Yusubova

Tarix: 14 İyun 2022, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin