BURADA REKLAMINIZ OLA
BİLƏR

Qabil Hüseynli: “Ermənistanın keçmiş müdafiə naziri deyirdi ki, tezliklə çayımızı Bakıda içəcəyik…”

“Ermənistanda orduya xəyanət əhval-ruhiyyəsi geniş yayılıb. Ola bilsin ki, “Qarabağ klanı”nın orduda mühüm vəzifələr tutan hissələri hansısa bir məqamda ciddi səhlənkarlığa və yaxud xəyanətə yol veriblər. Bu isə indi aşkarlanıb. İstintaq bununla bağlı lazımi material toplayıb və həmin adamların günahı isbat edilib. 44 günlük müharibə ərəfəsində Ermənistan ordusunda özündənrazılıq əhval-ruhiyyəsi çox geniş yayılmışdı. Müdafiə naziri Tonoyan dayanmadan sarsaqlayırdı ki, tezliklə çayımızı Bakıda içəcəyik, yeni ərazilər ələ keçirəcəyik. Onun sərsəmləmələrinin nəticəsi də hər kəsə məlumdur. Müharibənin bir neçə günü keçməmişdi, Tonoyan vəzifəsindən azad olundu. Onun da haqqında cinayət işi açılıb. Ermənistanın Baş Qərargah İdarəsinin keçmiş rəisi haqqında qaldırılan iddialar daha ciddidir. Çünki Baş Qərargah bilavasitə hərbi əməliyyatların hazırlanmasına və keçirilməsinə cavabdehdir. Hər hansı bir məğlubiyyətə gətirib çıxaracaq ciddi xətalara yol verilirsə, burada Baş Qərargahın rəisi ilə yanaşı, hərbi əməliyyatı hazırlayan bütün heyət tam məsuliyyət ilə cavab verməli olur”.

 

Bu sözləri Pravda.az-a politoloq Qabil Hüseynli Ermənistanda 44 günlük müharibə ilə bağlı 2000-dən çox cinayət işi başlanılmasına münasibət bildirərkən deyib.

 

Politoloq qeyd edib ki, Ermənistan ordusunun 44 günlük müharibədə çox ciddi xətaları var idi: “Hətta bu xətaların bir hissəsinin qarşısı ruslar tərəfindən alındı. Azərbaycan Ordusu iki tərəfdən də hücuma keçərək Xankəndi ətrafında mühasirə halqasını qapadaraq erməni ordusunu mühasirədə qoya bilərdi. Amma ruslar buna yol vermədi və bu işin qarşısını aldı. Uzunillik ordunun tamamilə Azərbaycan ordusu tərəfindən məhv edilməsi və ya əsir götürülməsi prosesi baş tutmadı. Bütün bunların hamısı Ermənistan Baş Qərargahı tərəfindən yol verilən ciddi xətaların nəticəsi idi. Ordunun hücum və müdafiə zamanı paralel sürətdə bütün mövqelərini tənzimləmək Baş Qərargahın üzərinə düşən işdir və Ermənistan da bunun öhdəsindən gələ bilmədi. Guman edirəm, 44 günlük müharibənin günahı Ermənistan Baş Qərargahının ayrı-ayrı generallarının, eləcə də ordu komandirlərinin üzərinə yazılacaq. Bu, Ermənistanın daxili işidir. Düşünürəm, hərbi əməliyyatların gedişində yol verilən qüsurlarla yanaşı, siyasi qərarların qəbul edilməsində yol verilən nöqsanlar da ciddi surətdə araşdırılmalı və buna qiymət verilməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyun 2022, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin