BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Düşünürlər ki, işçi əcnəbidirsə, deməli, daha savadlıdır”

“Azərbaycanda əhalinin yerli deyil, yalnız xarici məhsullar alması iddiası ilə razı deyiləm. Burada müəyyən müxtəlifliklər və amillər var. Əlbəttə ki, ilk növbədə qiymət məsələsi vacibdir. Bəzən görürük ki, hər hansı bir xarici məhsul bizimkindən daha ucuzdur. Müqayisədə yerli mal isə daha baha olur. Bahalığın səbəbi isə yəqin ki, onun maya dəyərinin baha başa gəlməsidir. Çünki Azərbaycanda sahibkarlıq üçün tam şərait yoxdur, yəni bu sahədə korrupsiya və inhisarçılıq var. Əslində bəlkə də məhsulumuz daha keyfiyyətlidir. Məhz bu səbəbdən də onun qiyməti baha ola bilər.”

 

Bunu Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov qeyd edib ki, məhsul seçimində psixoloji və reklam amilləri müəyyən rol oynayır. : “SSRİ dövründən psixologiyamızda qalıb ki, məhsul, mal xaricidirsə, deməli, o daha yaxşıdır. Halbuki bu heç də həmişə belə deyil. İkincisi isə də qeyd etdiyim kimi reklam amilidir. Bunun kökündə də brend amili dayanır. Müəyyən xarici brendlər var ki, onlar özlərini xeyli reklam ediblər və insanlar da məhz buna görə onları seçirlər. Hesab edirəm ki, bu məsələdə psixoloji amil daha çox rol oynayır. Ümumiyyətlə, bizdə işçi axtarışı prosesində belə düşünürlər ki, o, əcnəbidirsə, deməli, daha savadlıdır. Halbuki bu da belə deyil. Yəni belə vəziyyət digər sahələrdə də müşahidə olunur. Ona görə də hesab edirəm ki, məhsul seçimi məsələsi heç də həmişə keyfiyyətlə bağlı olmur. Düzdür, müəyyən hallarda bu keyfiyyətə bağlı ola bilər, çünki bizdə həqiqətən də bəzi şeyləri yaxşı istehsal edə bilmirlər”.

 

Leyla Yusubova

Tarix: 14 İyun 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin