BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr edilən beynəlxalq konfransın gündəliyi açıqlandı

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə sabah, iyunun 15-də Şuşada “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb.

 

Pravda.az xəbər verir ki, konfransda Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparat rəhbəri Tahir Budaqov, kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, Milli Məclisin deputatları, partiya sədrləri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, AKP-nin sədrinin birinci müavini Numan Kurtulmuş, AKP sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala, Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahid Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman, xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, milli müdafiə nazirinin müavini Muhsin Dere, Bursa Uludağ Universitetinin professoru, Siyasi, İqtisadi, İctimai Tədqiqatlar Vəqfinin elmi araşdırmaçısı Ferhat Pirinççi, Baxçaşəhər Universitetinin müəllimi, terrorrizm və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar iştirak edəcək.

 

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndiriləcək. Hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilcək. Bunun ardından konfransın mövzusu ilə bağlı videoçarxın nümayişi olacaq.

 

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti oxunacaq.

 

Sonra tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələrlə davam etdiriləcək.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyun 2022, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin