BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli İnsanov Şuşaya niyə getmədi? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün siyasi partiyaların sədrləri Şuşa şəhərinə yola düşüblər. Onlar Şuşa Bəyannaməsinin 1-ci ildönümü münasibətilə keçiriləcək beynəlxalq konfransa qatılacaqlar. Maraqlıdır, Şuşaya səfər edən siyasi partiya sədrləri arasında Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov yoxdur.

 

Partiyanın Mətbuat xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, digər siyasi partiyalardan fərqli olaraq, Əli İnsanov Şuşa səfərinə dəvət olunmayıb.

 

“Dəvət olunmadığına görə getməyib. Əli İnsanov Sovet hökuməti dövründə dəfələrlə Şuşanı ziyarət edib. İşğaldan azad olunduqdan sonra isə Şuşada olmayıb” – məlumatda qeyd olunub.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyun 2022, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin