BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə dəyişiklik etdi

Bakı metropoliteni iyunun 10-12-də paytaxtda təşkil edilmiş “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər edib.

 

Pravda.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

 

Bildirilir ki, bununla əlaqədar əlavə işçi qüvvəsi ayrılmaqla stansiyalarda növbətçilik təşkil edilib. Sərnişin axınının əsas istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarların xətlərə buraxılması diqqətdə saxlanılıb. Həftə ərzində sərnişinlərin Bakı metropolitenindən istifadəsində artım qeydə alınıb.

 

“Formula 1” yarışının keçirildiyi ötən həftənin daha əvvəlki dövrlə müqayisəsinə əsasən, orta statistik hesabla, iş günləri ərzində 50-55 min, istirahət günlərində isə 20-25 min sərnişin artımı müşahidə olunub.

Tarix: 14 İyun 2022, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin