BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə bu tikinti şirkəti ilə bağlı qərarı elan etdi

Binəqədi Rayon Məhkəməsində "Kristal-F" Mənzil-Tikinti Kooperativinin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

 

Qeyd: "Kristal-F" Mənzil-Tikinti Kooperativinin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Rəşad Əliyevdir.

 

Kamal Məmmədov

Tarix: 15 İyun 2022, 07:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin