BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Al Market”lə bağlı qərar çıxardı

Sabunçu Rayon Məhkəməsində “Al Market” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

 

Qeyd: “Al Market” MMC barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

 

Xatırlatma: FHN “Al Market” MMC barəsində daha əvvəl eyni xətai ilə cərimə protokolu yazmışdı.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

Tarix: 15 İyun 2022, 00:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin