“2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu gün tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümüdür. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu Bəyannamə iki qardaş ölkənin strateji münasibətlərinin yeni mərhələyə qədəm qoymasına imkan yaratdı. Şuşa Bəyannaməsi hər iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş, müstəqil xarici siyasət həyata keçirən iki ölkənin müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə rəhbərliyi altında davam edəcək yeni regional nizamın başlanğıcı deməkdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, sənəddə iki ölkənin iqtisadiyyatın və ixrac potensialının inkişaf etməsi, sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması, “Cənub Qaz Dəhlizi” kimi regionun meqa nəqliyyat layihəsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alıb: “Sevindirici haldır ki, keçən bir il ərzində bu istiqamətlərdə konkret addımlar atılıb və proses bu gün də davam edir. 2022-ci il fevralın 1-də parlamentin yaz qanunvericilik sessiyasının ilk iclasında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanununun layihəsi qəbul olundu. Şuşa Bəyannaməsinin ratifikasiyası iki qardaş ölkənin hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyinin rəsmi təminatıdır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biridə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Birincisi, Türkiyə ilə Azərbaycan birgə hərbi texnika istehsal edəcəklər. İkincisi, Türkiyə Azərbaycanda pilotsuz uçuş aparatları istehsal edəcək. Üçüncüsü, Türkiyə və Azərbaycanın təhlükəsizlik şuraları fəaliyyətlərini koordinasiya edəcəklər. Hesab edirəm, Azərbaycan Ordusunun hazırda Türkiyənin dəstəyi ilə NATO standartlarına uyğun formalaşdırılması, xüsusi təyinatlı qüvvələrdən ibarət hərbi hissələrin yaradılması, Türkiyənin Azərbaycanda türk hərbi mütəxəssilərdən ibarət daimi mərkəz formalaşdırması Şuşa Bəyannaməsində öz əksini tapan hərbi əməkdaşlığın genişlənməsinə dair bəndlərin icra edildiyini göstərir. Bu, özü həm də Türkiyənin Azərbaycanda hərbi baza açmaq məsələsini də əhatə edir”.
Politoloq bildirib ki, iki ölkə arasında münasibətlər Azərbaycanın müstəqilliyindən bəri onsuz da yüksək səviyyədə olub: “Bir il əvvəl Bəyannamə imzalanandan sonra Rəcəb Tayyip Ərdoğan Türkiyəyə qayıdarkən Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməmişdi. O, jurnalistlərin "Şuşa Bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü? Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi?" sualına "Bu, açıqladığımız maddələrin xaricində deyil" deyə cavab vermişdi. Düzdür, hərbi baza məsələsi bu gün yaradılmasa da, bu istiqamətdə işlərin görüldüyünü demək olar. Məhz Şuşa Bəyannaməsi ilə Azərbaycan bölgədə diktə edən ölkəyə çevrildi, hətta qlobal güclərə adekvat cavab verməyə başladı. Məsələn, Şuşa Bəyannaməsi imzalanandan üç ay sonra Azərbaycanla İran arasında gərginlik yarandı. Rəsmi Tehrandan gələn hədə dolu mesajlara Bakıdan layiqli cavablar verildi və şübhəsiz ki, burada da Türkiyə öz strateji dayaq rolunu göstərdi…”
Aytəkin Qardaşova
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
Ən son xəbərləri səhifəmizdən də izləyin