BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər dənizində nə baş verir? - FOTO

Xəzər dənizinin geri çəkilməsi ilə bağlı son vaxtlar müxtəlif fikirlər səslənir.


Pravda.az xəbər verir ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də bu gün sözügedən məsələ ilə bağlı narahatlıq doğuran foto paylaşıb.


Mərdəkanda - Xəzərin sahilində çəkilmiş şəkildən aydın olur ki, ötən il dənizin içində olan yelləncək indi quru ərazidədir. Bu, Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir.


N.Köçərlinin paylaşımı sosial şəbəkələrdə yayılıb və istifadəçilər məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Tarix: 15 İyun 2022, 23:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin