BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu videoçarx mənə işıqlı duyğular yaşatdı" - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə autizm sindromlu uşaqlar tərəfindən onun üçün hazırlanan videoçarxla bağlı fikirlərini bildirib.

 

Pravda.az həmin Mehriban Əliyevanın həmin uşaqlara ünvanladığı paylaşımını təqdim edir:

 

“Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”

 

Qeyd: “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin sakinləri Mehriban Əliyeva üçün bayram tortu hazırlayaraq öz təbriklərini videoçarx vasitəsilə göndəriblər.

 

Xatırlatma: Birinci vitse-prezident Mehriban Əliyeva keçən il dekabrın 30-da Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olaraq uşaqlara baş çəkmiş, onlarla birgə Yeni il bayramını qeyd etmiş, tort bişirmiş, pianoda müxtəlif musiqilər ifa etmişdilər.

 

Tarix: 7 Mart 2020, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin