BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər dənizinin geri çəkilməsinin səbəbi açıqlandı

“Xəzər dənizində zaman-zaman müxtəlif dövlərdə qalxma və enmələr müşahidə olunub. Hətta bununla bağlı yazılı tarixçələrdə qeydlər var. 10 ildən, 15 ildən bir Xəzərdə həmişə gözlə görünəcək səviyyədə qalxma və çəkilmələr olub. Məsələn, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Xəzər dənizində qalxma müşahidə olunurdu. Bunun nəticəsində, hətta dənizkənarı bulvarda sahil kənarının dağılmasını müşahidə edirdik, həmin əraziləri su basmışdı. Hazırda isə bu proses əksinə gedir, yəni Xəzər geri çəkilməyə başlayıb. Bunu bəzən qlobal istələşmə ilə əlaqələndirirlər və qeyd edirlər ki, məhz istiləşmənin təsiri altında Xəzərin suyu azalır. Lakin bu heç də qlobal istiləşmə ilə əlaqəli deyil. Sadəcə, dənizin qabarması və çəkilməsidir, yəni təbii prosesdir”.

 

Bunu Pravda.az-a açıqlamasında ekoloq, “Biosfer” İctimai Birlyinin sədri Qorxmaz İbrahimli deyib.

Q.İbrahimli, həmçinin qeyd edib ki, Xəzərin suyunun çəkilməsində quraqlığın müəyyən mənada təsiri ola bilər, amma bu da əsaslı arqument deyil: “Xəzəri su ilə təmin edən çay Volqa, eləcə də Şimaldan, Dağıstandan axan digər çaylardır və onların da suyunun hiss olunacaq səviyyədə azalması müşahidə edilmir. Xəzəri qidalandıran çaylardan yalnız Kür çayının səviyyəsində müəyyən azlamanı görmək olar. Bu da mövsümi olaraq son illərdə qeydə alınır. Kürdən Gürcüstanda, eləcə də Azərbaycanda suvarma prosesində istifadə olunduğuna görə müəyyən azalmalar var. Xəzərin isə əsas təminatçısı Kür çayı olmadığına görə bundan narahat olmağa dəyməz. Yəni zamanla Xəzərin suyunda çəkilmə müşahidə oluna bilər, burada bir zamanlar quruda olan, lakin sonradan suyun altında qalan adalar da görünə bilər, təbii prosesdir”.

 

Leyla Yusubova

Tarix: 16 İyun 2022, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin