BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda meymunçiçəyinə görə karantin rejimi tətbiq edilə bilərmi? - AÇIQLAMA

“İnfeksiyalar sərhəd tanımır və istənilən ölkədə rast gəlmək olar. Yəni hər hansı bir infeksiyanın bir ölkədə yayılma halı qeydə alınarsa, bu, digər ölkələrdə də baş verə bilər. Qonşu Gürcüstanda meymunçiçəyi infeksiyasına yoluxmanın qeydə alınması elə də böyük bir göstərici deyil. Əlbəttə ki, bu virus bizim ölkəmizə də gələ, başqa ölkəyə də keçə bilər. İndi yay mövsümüdür, insanlar müxtəlif ölkələrə turistik səfərlər edirlər. Yəni yoluxma halı qeydə alına bilər, amma meymunçiçəyi koronavirus kimi bir infeksiya deyil ki, insanlar təşvişə düşsünlər və narahat olsunlar. Meymunçiçəyinin COVİD-19 virusu kimi yüksək yolxuculuq xüsusiyyəti yoxdur. Bütün dünya əhalisini nəzərə alaraq hesablasaq, heç min nəfərdə meymunçiçəyi infeksiyasına yoluxma yoxdur. Hazırda epidemik alovlanma qeydə alınmayıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə deyib.

Vüqar Cavadzadə: Qida toksikoinfeksiyalarında infeksiya mənbəyi əsasən  insandır - AZƏRTAC

V.Cavadzadə meymunçiçəyindən qorunmaq üçün qabaqlayıcı tədbirlər haqqında da məlumat verib: “Hər kəs profilaktikasını aparmalı, gigiyena qaydalarına riayət etməlidir. Əllər təmiz olmalıdır, çünki bu infeksiya hava, damcı və təmas yolu ilə keçir. Antiseptik məhlullardan istifadə edilməli və hər hansı bir şübhəli səpki olarsa, həkimə müraciət edilməlidir. Xəstəliyə yoluxmuş şəxs özünü təcrid etməli, onunla təmasda olan şəxslər nəzarət altında olmalıdırlar. Yəni hazırkı dövrdə meymumçiçəyinə qarşı mümkün tədbirlər ancaq bunlardan ibarət ola bilər. Bu infeksiya ilə bağlı hər hansı xüsusi qabaqlayıcı tədbir görməyə ehtiyac yoxdur”.

 

Leyla Yusubova

Tarix: 16 İyun 2022, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin