BURADA REKLAMINIZ OLA
BİLƏR

"Lavrov Azərbaycan siyasi elitasının və cəmiyyətinin Ukrayna müharibəsinə baxışı barədə məlumatlanmış oldu"

"IX Bakı Qlobal Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma" mövzusunda keçirilən paneldə çıxış edən Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili vurğulayıb ki, Ukraynanın qalib gəlməsi vacibdir. Ukraynada törədilən müharibə cinayətləri barədə danışan Gürcüstan Baş nazirinin keçmiş müavini baş verənləri insanlığa qarşı cinayət və soyqırımı adlandırıb. O əlavə edib ki, Rusiya hazırda etibarlı ölkə deyil. “Biz əmin olmalıyıq ki, Rusiya bu müharibədən qalibiyyət qazanmadan çıxacaq", - Eka Tkeşelaşvili deyib. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa isə Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini inkar etdiyini və bunu xüsusi əməliyyat adlandırdığını diqqətə çatdırıb: “Ölkədə bu müharibənin fərqində olanlar və etiraz edənlər həbs olunur”. O vurğulayıb ki, hazırkı Rusiya imperialist maraqlarla çıxış edir. Latviyanın sabiq Prezidenti Stalin dövründə Baltik xalqlarının kütləvi deportasiyasını xatırladıb: “İndi seçim etmək zamanıdır. Biz necə bir qlobal sistem istədiyimizlə bağlı qərar verməliyik və tarixin doğru tərəfində olmağı seçməliyik”. Panelə Ukraynanın sabiq prezidentləri Viktor Yuşşenko, Petro Poroşenko onlayn formatda qatılıblar".


Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.



 

"Bakıda beynəlxalq konfransda Ukrayna müharibəsi ilə bağlı panelin keçirilməsi və Rusiyanın qonşu dövlətə qarşı işğalını pislənilməsi təqdirəlayiqdir. Azərbaycan bununla bir daha bəyan etmiş oldu ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanın imperiya maraqlarına xidmət edən işğalçı müharibəni pisləyir. Bir neçə gündən sonra Bakıya gələcək Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Azərbaycan siyasi elitasının və cəmiyyətinin Ukrayna müharibəsinə baxışı barədə məlumatlanmış oldu.

 

Kənan 

Tarix: 16 İyun 2022, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin