BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kocatepe İnşaat" şirkətinin vergi borcu yarandı

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi "Kocatepe İnşaat" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə İdarə Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, dövlət qurumu vergi ödəmələri barədə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 16 İyun 2022, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin